Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi region gənclərinin sahibklarıq fəaliyyətinə dəstək olur

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi region gənclərinin sahibklarıq fəaliyyətinə dəstək olur. Photo: IOM

Baku - BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dayanıqlıq Naminə İctimai Fəaliyyət” (PAR) layhihəsi çərçivəsində seçilmiş mikro-biznes təşəbbüslərinin dəstəklənməsi işlərini davam etdirir. PAR layihəsinin əsas hədəflərindən biri də bölgələrdə həssas qrupların maliyyə mənbələrinə çıxışına və onların əmək bazarında iştirakına dəstək olmaqdır. Layihə çərçivəsində, gənc fotoqraflar - Gəncədən Günay Paşayeva, Balakəndən Elçin Bodurov və Xaçmazdan İlqar Əmirxanova fotoqrafiya və dizayn işlərinə başlamaq üçün ən müasir avadanlıqlar verildi. COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin yumuşaldıldığı bir zamanda BMqT tərəfindən göstərilən dəstək bu gənc sahibkarlara fəaliyyətlərini genişləndirmək və Azərbaycanın adları çəkilən bölgələrində yerli əhaliyə xidmət göstərmək üçün yeni imkanlar yaradır.

İndiyədək BMqT-nin Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi PAR layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox gəncə öz biznesini qurmaqda köməklik göstərilmişdir. USAID-in maliyyələşdirdiyi PAR layihəsi çərçivəsində, gənclərə və qadınlara xüsusi diqqət ayıran həssas icmalar üçün məşğulluq fəaliyyətləri onları iqtisadi cəhətdən güncləndirməklə bu qrupların dayanıqlılığını və sosial ahəngini artırmaq məqsədini daşıyır.

Media Coverage

FINANCETIME
XEBERMEDIA
AZERTAC