Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti miqrasiya üzrə təlimi təşkil etdi

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti miqrasiya üzrə təlimi təşkil etdi. Photo: IOM

Baku - Sentyabrın 28-də BMqT-nin Azərbaycan nümayəndəliyi Dövlət Miqrasiya Xidməti (DMX) ilə birgə “Miqrasiyaya giriş: mütəxəssislər, tədqiqatçılar, tələbələr, məzunlar, “Miqrasiya Məktəbi” layihələrinin iştirakçıları, Miqrasiya könüllüləri və digər dövlət qurumlarının könüllülərindən ibarət olan 15 nəfər iştirakçının qatıldığı təlim Miqrasiya üzrə Regional Təlim Mərkəzində təşkil olunmuşdur.

Açılış mərasimində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb, təlimin əhəmiyyətindən söhbət açıblar.

BMqT-nin Azərbaycanı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev miqrasiya üzrə yeni nəsl mütəxəssislərin yetişdirilməsi baxımından tələbələrə, miqrasiya könüllülərinə miqrasiya mövzusunda mühazirə və müzakirələrdə iştirak etmək imkanının yaradılmasının vacibliyini vurğuladı: "Miqrasiya haqqında ilkin məlumatlar verən bu təlim aysberqin görünən kiçik bir hissəsinə bənzəyir. Sonrakı təlimlərə qatılmaqla bilgilərinizi daha da dərinləşdirə və nəticədə miqrasiya sahəsində bacarıqlı mütəxəssis olmağa imkan qazana biləcəksiniz".

BMqT-nin eksperti və DMX-nin mütəxəssisləri tərəfindən aparılan təlim kursu, “Miqrasiyaya giriş”, “BMqT-nin miqrasiya idarəçiliyində rolu: Miqrasiya üzrə Qlobal Pakt”, “Dövlətlərin miqrasiya idarəçiliyində rolu - Azərbaycanla bağlı kazuslar”, “Azərbaycanda miqrasiya siyasətinin praktiki aspektləri” mövzularını əhatə edirdi.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olundu.

Qeyd edək ki, BMqT-nin Azərbaycan nümayəndəliyi və DMX tərəfindən BMqT-nin İnkişaf Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsi həyata keçirir.

Layihə, regionda miqrasiya sahəsində hökümətlər və maraqlı tərəflər arasında geniş məlumat mübadiləsi, araşdırma və dialoqa xidmət edəcək miqrasiya üzrə regional təlim mərkəzi vasitəsilə Azərbaycan, MDB və digər xarici ölkələrdə miqrasiya idarəçiliyi sahəsində regional təhsil potensialını və əməkdaşlığı artırmağı hədəfləryir.

Media Coverage

IOM Azerbaijan Facebook Page