-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Ağdam Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşmüşdür
Baku - Oktyabrın 19-da Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşmüşdür. Görüş zamanı Qyorqiyev BMqT-nin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində aparılan cari işlər haqda məlumat verdi. O, kəhrizlərin bərpası ilə bağlı Ağdam rayonunun ərazisində də görülən işlərdan danışdı və qeyd etdi ki, nümayəndəliyin kankanları (kəhriz ustaları) layihə çərçivəsində indiyədək Ağdam rayonu ərazisində yerləşən Şəmsi, Heyvalı və Qozlu kəhrizlərini bərpa edərək kəhrizlərin yerləşdiyi Əhmədağalı, Kolqışlaq, Çıraqlı kəndləri və Bənövşələr qəsəbəsinin sakinlərinin istifadəsinə vermişlər.
O, həmçinin, BMqT-nin Azərbaycan nümayəndəliyinin Avropa Komissiyasının Avropa Mülki Müdafiəsi və Humanitar Yardım Əməliyyatları Baş İdarəsi tərəfindən maliyyəşən və Azərbaycanda keçən ilki münaqişədən zərər çəkmiş həssas şəxslərin humanitar və erkən bərpa ehtiyaclarının həllinə töhfə verməyi hədəflən layihəni uğurla həyata keçirdiyini və zərər çəkmiş 1500 ailəyə nağd şəkildə yardım edildiyini vurğuladı.
Vladimir Qyorqiyev Ağdam rayonu ərazisində layihələrin həyata keçirilməsində nümayəndəliyə göstərilən dəstəyə görə Həsənova təşəkkürünü bildirdi.
Görüş zamanı əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi və münaqişədən əziyyət çəkən əhalinin dəstəklənməsi məqsədi ilə BMqT-nin Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi layihələrin əhəmiyyəti xüsusi vurğulandı.