-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Ombudsmanla görüşüb
Sentyabrın 19-da İnsan Hüquqları üzrə Müvəkkilin ofisində Ombudsman Aparatı ilə BMqT-nin Azərbaycan nümayəndəliyinin təmsilçiləri arasında ikitərəfli əlaqələndirmə görüşü keçirilmişdir.
Görüş zamanı miqrasiya sahəsində təşkilatlar arasında səmərəli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi müzakirə olunub.
Ombudsman Səbinə Əliyeva qeyd edib ki, miqrantlar və onların ailə üzvlərinin hüquqlarının təmini, statuslarının leqallaşdırılması və davamlı inteqrasiyası daim diqqətdə saxlanılır. O bild-irib ki, bu şəxslərin təhsil, əmək, pensiya təminatı, sağlamlığın qorunması və digər hüquqlarının səmərəli müdafiəsi, onlara yönəlmiş sosial dəstəyin gücləndirilməsi məqsədilə görülmüş təd-birlər nəticəsində bir çox məsələlər öz həllini tapıb.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev insan hüquqlarının müdafiəsi, qeyri-qanuni miqrasiya ilə mübarizə və insan alverinin qarşısının alınması sahəsində birgə səylərin əlaqələndirilməsinin vacibliyini qeyd edib.
Görüşdə həmçinin miqrantların hüquqlarının müdafiəsi sahəsində sosial çarxların, bukletlərin hazırlanması və digər birgə fəaliyyət istiqamətləri haqqında razılığa gəlinib. Eyni zamanda, miqrantların hüquqlarının milli və beynəlxalq hüquq normalarına uyğun təmini ilə bağlı həm paytaxtda, həm də regionlarda interaktiv görüşlərin keçirilməsi, təlimlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirə aparılıb.