-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb
Baku - Yanvarın 26-da Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə görüşmüşdür.
Görüş iştirakçılarını salamlayan Komitə sədri Rövşən Rzayev ölkədə qaçqın və məcburi köçkünlərə humanitar yardımın göstərilməsi üzrə beynəlxalq təşkilatların fəaliyyətindən söhbət açıb. Qonağa işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq və yenidənqurma işləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurun ən abad guşələrdən birinə çevrilməsi, məcburi köçkünlərin doğma yurdlarında dayanıqlı məskunlaşmasının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Görüşdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və onun tədbirlər planına uyğun olaraq Dövlət Komitəsinin qarşısında duran vəzifələrin icrası məsələləri haqqında ətraflı söhbət aparılıb. Komitənin doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlər gördüyü, əhali arasında məlumatlandırma, təbliğat işləri apardığı, köçürülmənin texniki-təşkilati məsələləri ilə məşğul olduğu diqqətə çatdırılıb.
Vladimir Qyorqiyev səmimi görüşə görə təşəkkür edib və məcburi köçkünlərə dəstək layihələrinin icra edilməsinin mənəvi borc məsələsi olduğunu qeyd edib. Həmçinin, BMqT-nin ilə qaçqın və məcburi köçkünlərə dəstək tədbirlərində iştirakı, bu sahədə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq imkanları müzakirə olunub.
Media coverage