-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin təmsilçiləri gəncləri BMqT-nin layihələri ilə tanış etdilər
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri Düşərgəsinin 2-ci günü gənclər Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin icra etdiyi və ənənəvi su təchizatı sitemi olan kəhrizlərin bərpasını məcburi köçkünlərin dəstəklənməsini nəzərdə tutan layihə ilə tanış olmaq imkanı qazandılar.
16 avqust tarixində, BMTDİMDüşərgəsinin 2-ci günü BMqT-nin Azərbaycandakı nümayəndəsi gənclərlə görüşdə iştirak etmişdir.
Nümayəndəliyin Media və Kommunikasiya üzrə əməkdaşı İlqar Xudiyev gənclərə BMqT-nin ölkədəki fəaliyyəti və tərəfdaşlarla birgə həyata keçirdiyi layihələri barədə məlumat verdi.
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyələşdirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinin mühəndisi Arzu Musayev də öz növbəsində BMqT-nin yerli icmalar üçün həyata keçirdiyi layihənin əhəmiyyəti, o cümlədən Azərbaycanda ekoloji cəhətdən təmiz və dayanıqlı su təchizatı sistemlərinin bərpasında kəhrizlərin rolu barədə təqdimatla çıxış etdi.
Tədbir BMT-Azərbaycan tərəfdaşlığının 30 illiyinə həsr olunmuş “BMT-Azərbaycan 30” həftəsi çərçivəsində keçirilib. 15-19 avqust tarixləri aralığını əhatə edən həftə ərzində BMT-nin Azərbaycanda fəaliyyət göstərən agentlikləri öz qurumlarının fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması işinə gənclərin cəlb edilməsi imkanlarını müzakirə etmək üçün düşərgədə gənclərlə görüşlər keçirir.