Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin və ABŞ Beynəlxalq İnkişaf Agentiliyinin (USAID) nümayəndə heyəti Ombudsman offisində görüş keçirmişlər

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin və ABŞ Beynəlxalq İnkişaf Agentiliyinin (USAID) nümayəndə heyəti Ombudsman offisində görüş keçirmişlər. Photo: IOM

Fevralın 27-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə İnsan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən tərəfdaşların və sahələrin təhlilini aparmaq, USAID tərəfindən hazırlanmış və maliyyələşdirilən insan alverinə qarşı mübarizə proqramı çərçivəsində layihə ideyasının hazırlanması və təlim ehtiyaclarını müəyyənləşdirmək məqsədilə USAID-in Vaşinqton ofisinin əməkdaşı, insan hüquqları üzrə mütəxəssis Mark Qoldenbaum, USAID-in Azərbaycan bölməsinin İdarəçilik və iqtisadi dayanıqlılıq şöbəsinin rəhbəri Eylin Laules, həmin şöbənin layihələrin idarə edilməsi üzrə mütəxəssisi Pərviz Musayev, həmçinin BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin layihə köməkçisi Günel Mehdiyeva İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının şöbə müdirinin müavini-Beynəlxalq əlaqələr sektorunun müdiri Zaur Vəliməmmədli, Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova ilə görüşmüşlər.

Görüş zamanı insan alverinə qarşı mübarizə sahəsində görülən işlər barədə geniş məlumat verilmiş, bu sahə üzrə preventiv, qurbanların müdafiəsi tədbirlərinə dair məqamlar, eləcə də gələcək perspektivlər müzakirə edilmiş, suallar cavablandırılmış, gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.