-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri Dövlət Miqrasiya Xidmətinin rəisi ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Amela Mujagici və onun sələfi Vladimir Qyorqiyevi qəbul edib.
Xidmət rəisi Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq Miqrasiya Təşkilatı ilə miqrasiya idarəçiliyinin müxtəlif istiqamətlərində sıx əməkdaşlıq etdiyini qeyd edərək, əlaqələrin və tərəfdaşlığın inkişafında BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin verdiyi töhfələri yüksək qiymətləndirib.
Birgə layihələrin əhəmiyyətini vurğulayan Vüsal Hüseynov hazırda BMqT ilə əməkdaşlıq şəraitində iki beynəlxalq layihənin uğurla icra olunduğunu qeyd edib. Xidmət rəisi bildirib ki, region ölkələrində miqrasiya sahəsində potensialın gücləndirilməsinə yönələn Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılması və inkişafı üçün atılmış addımlar Xidmət ilə təşkilat arasında mövcud olan səmərəli əməkdaşlığın nümunəsidir.
Səmimi görüş üçün təşəkkürünü bildirən BMqT-nin ölkəmizdəki Nümayəndəliyinin müvəqqəti rəhbəri Amela Mujagic mövcud münasibətlərin uğurla inkişaf etdiyini, miqrasiya sahəsində birgə layihələrin həyata keçirilməsinin əməkdaşlığın genişləndirilməsində vacibliyini və önəmli rolunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.