-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündə iştirak edirlər
BMqT-nin Cənub-Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Vyanadakı regional ofisinin direktoru Szabados Argentina, təşkilatın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev 25-26 oktyabrda Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşünün işində iştirak edirlər.
Azərbaycanın ev sahibliyi etdiyi Zirvə Görüşündə 72 üzv, 20 dəvətli ölkənin və 31 beynəlxalq təşkilatın nümayəndələri iştirakı edir.
Qoşulmama Hərəkatı dünyanın 120 ölkəsini özündə birləşdirir və BMT-dən sonra ən çox sayda ölkəni birləşdirən ikinci siyasi platformadır.