-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə idarə heyəti və Azərbaycan Hökuməti arasında yeni Çərçivə Sazişi imzalanmışdır
Martın 1-də Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkə üzrə idarə heyəti və Azərbaycan Hökuməti 2021 - 2025-ci illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə (UNSDCF) sənədini imzalayıblar.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin də ciddi töhvə verdiyi birgə hazırlanmış Əməkdaşlığa dair Çərçivə sənədi tərəfdaşlıq üçün dörd prioritet sahəni müəyyən edir: həssaslığı azaldan və dayanıqlığı təmin edən inklüziv artım; dövlət və sosial xidmətlərin daha yaxşı göstərilməsi üçün daha güclü institutlar; ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə; və qadın və qızların səlahiyyətlərini artıran və gender bərabərliyinə əsaslanan cəmiyyət.
İmzalanma mərasimində çıxış edən BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai Azərbaycanın COVID-19 pandemiyası və son münaqişənin fəsadlarını aradan qaldırdığı bir vaxtda əməkdaşlığa insan mərkəzli yanaşmanın əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, BMT-nin Ölkə üzrə idarə heyəti pandemiyanın sosial-iqtisadi inkişafa təsirini aradan qaldırmaq və münaqişənin təsirinə məruz qalmış bölgələrdə bərpa ehtiyaclarını aradan qaldırmaq üçün Azərbaycan Hökuməti ilə sıx əməkdaşlığı davam etdirir.
UNSDCF BMT ilə Azərbaycan arasında beşinci əməkdaşlıq çərçivəsidir və Azərbaycanın 2030-cu ilədək dayanıqlı inkişaf gündəliyinə doğru tərəqqisinin təhlilinə əsaslanır. Əməkdaşlığa dair Çərçivə sənədinin tətbiqi BMT inkişaf sistemi islahatını təcrübədə nümayiş etdirir, bütün inkişaf nəticələrinin çatdırılmasında şəffaflığı, hesabatlılığı və birgə fəaliyyətin əhəmiyyətini vurğulayır.