Xəbərlər
Local

BMqT Ağdam rayonunda təlimlər keçirir

BMqT Ağdam rayonunda təlimlər keçirir. Photo: IOM

BMqT Ağdam rayonunda təlimlər keçirir. Photo: IOM

BMqT Ağdam rayonunda təlimlər keçirir. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin təmsilçiləri Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində yanvarın 21-də Ağdam rayonunda yerləşən məcburi köçkünlərin məskunlaşdığı Bənövşələr qəsəbəsində və yanvarın 23-də Əhmədağalı, Kolqışlaq kəndlərində yerli icmalar üçün Gender təlimləri təşkil etdilər.

Təlimlərin əsas məqsədi iştirakçıların gender bərabərliyinin vacibliyini dərk etməsi, qadınların icma səviyyəsində qərar vermə və icma işlərində fəal iştiraka təşviq etmək, su qaynaqlarının idarə edilməsində hər iki cinsin rolu barədə, onların icma üçün su təchizatı ilə bağlı əsas problemləri birlikdə müzakirə edə biləcəyi barədə məlumatlılığı artırmaqdır.

Qeyd edək ki, dörd illik layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəyə təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.