-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMqT, BMT-nin Terrorla Mübarizə İdarəsi və Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığı Dövlət Gömrük Komitəsində Sərnişinlərə dair ilkin Məlumat (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) sistemləri ilə bağlı dördtərəfli texniki görüş keçirmişlə
Beynəlxalq Miqrasiya Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Terrorla Mübarizə İdarəsi və Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığının Sərnişinlərə dair İlkin Məlumat (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) sistemlərinin tətbiqi məsələləri ilə bağlı bir sıra müştərək tədbirlər təşkil etmişlər. Bu tədbdirlərdən biri də fevralın 4-də Dövlət Gömrük Komitəsində keçirilmiş dördtərəfli görüş olmuşdur.
Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov gömrük sistemində innovativ islahatlar həyata keçirildiyini, bu islahatların nəticəsində beynəlxalq təcrübə nəzərə alınmaqla müasir və yeni çağırışlara cavab verən struktur formalaşdırıldığını, yeni idarəçilik mexanizmlərinin tətbiq edildiyini qonaqların diqqətinə çatdırdı.
Daha sonra BMqT-nin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Vladimir Qorçiyev, BMT-nin Terrorla Mübarizə Bürosunun əməkdaşı Simon Deynan, Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığının “Hunter” layihəsinin regional rəhbəri Ceyn Vuli çıxış edərək “Sərnişinlərə dair ilkin məlumat və Sərnişin adlarının qeydiyyatı” sistemlərinin tətbiqi ilə bağlı işçi qrupun yaradılmasını və DGK tərəfindən atılan addımları yüksək qiymətləndiriblər. Onlar sistemin tezliklə Azərbaycanda həyata keçirilməsi üçün lazım olan dəstəyi göstərməyə hazır olduqlarını da xüsusi vurğulayıblar.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, ekspertlərin sualları cavablandırılıb.