Xəbərlər
Local

BMqT-nin Azərbaycan nümayəndəliyi kəhrizlərin bərpasını davam etdirir

IOM Azerbaijan speeds up rehabilitation of ancient kahrizes

Hazırda Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Goranboy rayonunun Qaradağlı kəndi ərazisindəki Karvansaray kəhrizində ənənəvi üsullarla bərpa işlərini davam etdirir. Bərpa işlərindən əvvəl kəhrizdə su axını yox idi. Ağır iş şəraitinə baxmayaraq BMqT nümayəndəliyinin kankanları yaxın zamanda kəhrizin bərpasını yekunlaşdırmaq əzmindədirlər.

Qaradağlı kəndin ərazisində yerləşən və ötən ilin avqustunda kənd icmasının istifadəsinə verilən Tatoğlu1 kəhrizinin suyundan isə hazırda tarlaların suvarılması üçün istifadə olunur.

Adı çəkilən layihə çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyi indiəyədək Ağdam, Goranboy, Füzuli, Göygöl və Qazax rayonları ərazisində 26 kəhrizi bərpa edərək yerli icmaların istifadəsinə verib.

Layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə təxminən region əhalisini təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.