-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMqT-nin Azərbaycan nümayəndəliyi Miqrasiya İdarətemə İndeksi ilə bağlı tədbir təşkil etdi
Dekabrın 8-də Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi BMqT-nin Baş Qərargahının Miqrasiya İdarətemə İndeksi (Mİİ) Qrupu ilə birgə Mİİ-nin tətbiqi, əsas addımlar və nəzərdən keçirmə prosesinin mərhələləri barədə müvafiq qurumları məlumatlandırmaq üçün ilkin görüş təşkil etmişdir. İlkin görüş MGİ-nin nəzərdən keçirilməsi məqsədilə Azərbaycanda ölkə üzrə xüsusi göstəricilər və məlumatların toplanması prosesinin müzakirəsi və nəticəyə gəlmək baxımından mühüm əhəmiyyət kəsb edirdi.
2016-cı ildə Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən hazırlanmış Miqrasiya İdarəetmə İndeksiləri proqramı hökumətlərə miqrasiya siyasətlərinin əhatəliliyini qiymətləndirmək, eləcə də gücləndirilməsinə ethiyac duyulan boşluqları və sahələri müəyyən etməkdə dəstəkləyən bir vasitədir. Mİİ çərçivəsi Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Sazişlə uyğunlaşdırılıb, çünki göstəricilər Sazişin bütün 23 məqsədi ilə əlaqələndirilə bilər. Hökumətlərin və digər müvafiq maraqlı tərəflərin Qlobal Sazişin məqsədlərinə nail olunması istiqamətində irəliləyişlərin həyata keçirilməsində, təqibində və nəzərdən keçirilməsində Mİİ-dən yararlana bilərlər.