-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMqT-nin Azərbaycan nümayəndəliyi Şirvan və Gəncədə təlimlər təşkil etdi
Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyi Gənclər Evləri ilə sıx əlaqədə zorakı ekstremizmin qarşısının alınması üçün potensialın artırılması üzrə təlim kurslarının təşkilini davam etdirir. Noyabrın 26-da Şirvan şəhərində yerləşən Şirvan Gənclər Evində və noyabrın 28-də Gəncə şəhərində gənclərlə işləyən mütəxəssislər (müəllimlər, sosial işçilər, gənclər təşkilatları və s.) üçün nəzərdə tutulan təlim sessiyaları keçirildi. Təlim sessiyalarını adı çəkilən layihə çərçivəsində Azərbaycan dilinə tərcümə edilərək çap olunmuş "Güc Birlikdədir: Gənclərin məlumatlandırılması vasitəsilə zorakı ekstremizmin qarşısının alınması dair bələdçi" adlı xüsusi nəşrin müəllifləri olan Avropa Gəncləri Məlumatlandırma və Məsləhət Agentliyinin (ERYICA) təlimçiləri İmre Simon və Simon Serere tərəfindən aparıldı.
Zorakı ekstremizm, radikallaşma, onun təsnifatı haqqında nəzəri giriş ilə yanaşı, təlim məşğələləri gənclərin müəyyən bacarıqlarını inkişaf etdirmək üçün praktik vasitələrə əsaslanmışdır. Qrup fəaliyyətlərinə özünə hörmət və özünü dərk etmək, müxtəliflik və hörmət - stereotiplər, ayrıseçkilik və tənqidi düşüncə kimi mövzular daxil edilmişdir.
Media Coverage