-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMqT-nin Azərbaycan nümayəndəliyi zorakı ekstremizm və radikallaşmanın qarşısının alınması mövzusunda təlim-seminar keçirdi
Noyabrın 14-də Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi (BMqT) Zaqatalada zorakı ekstremizm və radikallaşmanın qarşısının alınması mövzusunda bir günlük təlim-seminar keçirdi. İnteraktiv və məlumatlandırıcı təlim-seminar sosial fenomen olan radikallaşmaya dair məlumatlılığı artırmaq və şəxsləri ekstremist cəlbolunmalara açıq edən fərdi həssaslılaqları müzakirə etmək məqsədi daşıyır. Təlim icma dayanıqlığı və qabaqlayıcı strategiyaların həyata keçirilməsi üzrə Böyük Britaniyalı mütəxəssis cənab Qaffar Husseyn tərəfindən keçirilmi.dir. Təlim bu sahədə çalışan peşəkarları radikallaşmanın ilkin xəbərdaredici əlamətlərini erkən müəyyənləşdirmək və müvafiq addımlar atmaq məqsədilə inam formalaşdırmaq üçün zəruri olan bilik və əməli alətlərlə təmin edəcəkdir.
Təlim-seminar BMqT-nin Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə icra edilən “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində keçirilir.
Media Coverage