Xəbərlər
Local

BMqT-nin Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi kəhrizlərin bərpası layihəsinin BMT-də təqdimatı keçirildi

BMqT-nin Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi kəhrizlərin bərpası layihəsinin BMT-də təqdimatı keçirildi

Mr Manuel Marques Pereira from IOM HQ presented the Project of Rehabilitation of Kahriz as an alternative and sustainable water source implemented by IOM Azerbaijan

Martın 24-də Nyu Yorkda BMT-nin Su Konfransı çərçivəsində Azərbaycanın bu sahədə təcrübələrinə dair xüsusi sessiya keçirildi. Sessiya Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi , Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin təşəbbüsü, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və ABŞ-ın Arizona Dövlət Universitetinin təşkilati dəstəyi ilə keçirilmişdir.

Hökumət nümayəndələrinin, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən müzakirələr zamanı çıxış edən BMqT-nin Baş Qərargahının Sülh və İnkişafın Koordinasiyası Departamentinin Miqrasiya, Ətraf Mühit və İqlim Dəyişikliyi şöbəsinin rəhbəri cənab Manuel Markes Pereyra qeyd etdi ki, təhlükəsiz su, sanitariya, gigiyena Dayanıqlı İnkişaf Məqsədi 6-ya uyğun olaraq miqrantlar və köçkünlərin sağlamlıq və rifah üçün ən əsas insan ehtiyaclarından biridir. O, BMqT-nin bu sahədə uğurlu layihələrindən biri, KOICA-nın maliyyə dəstəyi ilə BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən alternativ və dayanıqlı su mənbəyi olan Kəhrizlərin Bərpası Layihəsi (https://lnkd.in/eSD5XJqm) haqda iştirakçılara ətraflı məlumat verdi.

Qeyd edək ki, konfransın əsas məqsədi qlobal istiləşmə, şirin su mənbələrinin tükənməsi və su məsələləri ilə bağlı məqsəd və hədəflər müzakirə etməkdir.