-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri BMT nümayəndə heyətinin tərkibində Ağdama səfər edib
Baku - Martın 4-də BMT-nin Yaşayış Məskənləri Proqramının (UN-HABITAT) icraçı direktoru (BMT Baş katibin müavini statusunda) xanım Maimunah Mohd Şərifin başçılıq etdiyi və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyevin də qatıldığı nümayəndə heyəti Ağdam şəhərinə səfər etdi.
Nümayəndə heyətini qarşılayan Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları şəhərin baş planı, ərazilərdə gedən bərpa-quruculuq işləri ilə tanış etdi. Azərbaycan Hökumətinin bərpa prosesinə yanaşması və idarəetmə mexanizmi də onlara izah edildi.
Nümayəndə heyəti Ağdam Şəhidlər Xiyabanını və Dram Teatrını ziyarət ediblər, Ağdam Şəhərində ilk yaşayış binasının tikintisi ilə yaxından tanış olublar.
Azərbaycana 3 günlük səfər çərçivəsində UN-HABITAT proqramının icraçı direktoru ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirib.