-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri onlayn təqdimat keçirmişdir
Aprel ayının 29-u tarixində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyevin Azərbaycan Diaspora Gəncləri üçün BMqT-nin Azərbaycanda layihə fəaliyyətləri və Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq mövzusunda onlayn təqdimat keçirdi.
Çıxışında cənab Qyorqiyev iştirakçılara BMqT-nin tarixi, prinsipləri, təşkilatın qlobal layihələri, beynəlxalq və regional miqrasiya prosesləri, pandemiya şəraitində ölkə daxili məsələlərdə Azərbaycan nümayəndəliyinin rolu, miqrantların potensialları və onların cəmiyyətə töhfəsi barədə ətraflı məlumatlar verdi.
Qyorqiyev həmçinin, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin 1996-cı ildən etibarən ölkəmizdə həyata keçirdiyi yerli qanunvericiliyin təkmilləşdirilməsi, sərhədlərin idarə edilməsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, icmaların inkişafı, miqrantların könüllü qaytarılması və reinteqrasiyası, insan alverinə qarşı mübarizə, kəhrizlərin bərpasını nəzərdə tutan və s. layihələr haqda danışmışdır.
İnteraktiv sual-cavab şəklində keçirilən onlayn təqdimat zamanı Missiya rəhbəri investisiya, bilik və yeniliklərə çıxışı olan Azərbaycan diasporunun üzvlərinin insan kapitalı kimi ölkənin sosial və iqtisadi inkişafına töhvə verə biləcək potensiala malik olduqlarını xüsusi vurğuladı.
Media Coverage