-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin nümayəndələri Daxili İşlər Nazirliyində olublar
24 Dekabr 2019-cu il tarixində BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Vladimir Qyorqiyev İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov ilə görüşmüşdür.
Tanışlıq xarakterli olan görüşdə Seyfulla Əzimov qonaqlara ölkə əhalisi arasında insan alveri ilə bağlı maarifləndirmə, insan alveri qurbanlarına birbaşa yardım, məcburi miqrantların insan hüquqlarının müdafiəsi ilə bağlı aparılan işlər barədə məlumat verdi. O, BMqT ilə DİN arasında uğurlu və səmərəli əməkdaşlıqdan məmnunluğunu vurğuladı.
Vladimir Gorgjiev cənab Əzimovu səmimi qarşılaması üçün təşəkkür etdi və onu yeni vəzifəyə təyinatı münasibətilə təbrik etdi. O, öz növbəsində BMqT ilə DİN-in səmərəli əməkdaşlığından məmnunluğunu bildirdi və davam edən layihələr, xüsusən də BMqT-nin İnsan alveri ilə mübarizə üzrə layihəsi haqqında məlumat verdi. Qjorqiyev, BMqT insan alveri ilə bağlı Milli Fəaliyyət Planı qəbul edildikdən sonra müvafiq sahələrdə hökumətə dəstək verməyə hazır olduğunu bildirdi.
Tərəflər görüş zamanı müzakirə olunan mövzularda qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bird aha qeyd etdilər.
Media Coverage