Xəbərlər
Local

BMqT-nin Bakı ofisində Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə görüş keçirildi

BMqT-nin Bakı ofisində Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə görüş keçirildi. Photo: IOM

Dekabırn 27-də BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Vladimir Qyorqiyev Dövlət Miqrasiya Xidməti yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri ilə görüşüb.

Qonaqları salamlayan Qyorqiyev İctimai Şuran tərəfindən ictimai nəzarətin həyata keçirilməsində səmərəli fəaliyyətindən xəbərdar olduğunu bunun isə istər vətəndaşların, istərsə də əcnəbilərin problemlərinin həllində müsbət rol oynadığını qeyd etdi. Daha sonra o, ilk dəfə keçirilən bu görüşün fikir mübailəsi aparmaqla gələcək səmərəli əməkdaşlığın təməlini qoymağa imkan verəcəyinə əminliyini bildirdi.

Vladimir Qyorqiyev Azərbaycanda miqrantlar şəbəkəsinin və Dövlət Miqrasiya Xidmətinin nəzdində təlim mərkəzinin yaradılması ilə bağlı aparılan işlərdən söhbət açaraq Şuraya üzv təşkilatların bu təşəbbüslərdə yaxından iştirak etməyə çağırdı.

İctimai Şura üzvləri adından çıxın edən Şuranın sədri Azər Allahverənov bir sıra yerli qeyri-hökümət təşkilatlarının rəhbərlərini özündə cəmləyən qurumun gördüyü işlərdən danışmışdır. Şuranın 100-dən artıq yerli ictimai təşkilatları əhatə etdiyini bildirən Allahverənov qurumun BMqT ilə sıx əməkdaşlıqda maraqlı olduğunu bildirdi.

Aparılan müzakirələrin nəticəsi olaraq tərəflər gələn ilin yanvar ayında keçiriləcək görüşdə əməkdaşlıq üçün təkliflərlə çıxış edəcəklərinə qərar verdilər.

Tərəflər görüş zamanı müzakirə olunan mövzularda qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bird aha qeyd etdilər.