-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMqT-nin təmsilçisi sağlamlıq cəhətdən qüsurlu insanlara inklüziv yanaşma üzrə öncül təcrübələrin bölüşüldüyü seminarda iştirak edib
18-19 sentyabrda Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişi (EUR-OPA), UNİCEF-in Bakı ofisinin təşkilatçılığı keçirilən seminarın işində iştirak etmişdir.
“Sağlamlıq cəhətdən qüsurlu insanların fəlakət risklərinin azaldılması tədbirlərinə daxil edilməsi” mövzusunda keçirilən seminarın əsas məqsədi beynəlxalq tərəfdaşları, dövlət qurumlarını, maraqlı tərəfləri, vətəndaş cəmiyyətinin və yerli QHT-lərin nümayəndələrini və fəlakətlər zamanı insan hüquqlarının müdafiəsi, təşviqi və sağlamlıq cəhətdən qüsurlu insanlara inklüziv yanaşma üzrə öncül təcrübələr sahəsində spesifik təcrübə və biliyə malik ölkələrin ekspertlərini bir araya gətirməkdir.
Seminarda Vladimir Qyorqiyevin təqdimatı böyük maraq oyatdı, çünki BMqT miqrantların ehtiyaclarını və imkanlarını tam şəkildə nəzərə alan və onların fəali iştirakına əsaslanan fəlakət risklərinin azaldılması siyasətinin işlənib hazırlanması və tətbiqində geniş təcrübəyə malikdir.
Təqdimat zamanı Qyorqiyev miqrantların həssaslığını azaltmaq və fövqəladə hallarda onlara daha yaxşı kömək etmək və qorumaq üçün tövsiyələr və təcrübələri müəyyənləşdirmək və fövqəladə hallarda olduqda onlara daha yaxşı kömək etmək və müdafiə etmək üçün dövlətlər tərəfindən idarə edilən məsləhətləşmə prosesi olan "Böhran keçirən Ölkələrdə Miqrantlar" Təşəbbüsü haqqında geniş məlumat verdi. Təşəbbüs nəticəsində münaqişə və ya təbii fəlakət yaşayan ölkələrdə miqrantları qorumaq üçün rəhbər prinsipləri özündə etiva edən MICIC Təlimatları hazırlanmışdır.
Qyorqiyev həmçinin BMqT-nin bu Təlimatlara daxil edilmiş, miqrantların mənşə və təyinat ölkələrindəki qurumları hədəf alan uyğunlaşdırılmış fəaliyyət növləri ilə birgə tövsiyələrindən danışdı.Daha sonra natiq, böhrana hazırlıqdan başlayaraq fövqəladə hallara cavab mərhələlərində miqrantların müdafiəsinin yaxşılaşdırılmasının praktik yollarını əks etdirən nümunələri itşirakçılara təqdim etdi. O, çıxışının sonunda fəlakət risklərinin azaldılması tədbirlərinin bir hissəsi olaraq bütün həssas qruplar üçün inklüziv hazırlıq modelini təşviq etmək məqsədi ilə müvafiq yerli və beynəlxalq tərəfdaş qurumların daha sıx işbirliyinə ehtiyac olduğunu vurğuladı.
MCIC təşəbbüsü Dayanıqlı İnkişaf Məqsədlərinin bərabərsizliyin azaldılmasını (Məqsəd 10), yaxşı idarə olunan miqrasiya siyasəti vasitəsilə təhlükəsiz, müntəzəm və nizamlı miqrasiyanın təmin olunmasını (Hədəf 10.7) dəstəkləyir.