Xəbərlər
Local

BMqT nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda görüş keçirmişlər

BMqT nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda görüş keçirmişlər. Photo: IOM

BMqT nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda görüş keçirmişlər. Photo: IOM

Martın 6-da Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə ilə görüşmüşdür.

Görüş zamanı Azərbycanda miqrantların hüquqlarının müdafiəsinə dair mövcud vəziyyət, son zamanlarda dünyadakı qlobal miqrant axını baxımından ölkədə genişlənən miqrasiya dinamikası, onun yeni xarakteri və xüsusiyyətləri, müvafiq sahədə mövcud olan qanunvericiliyin təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparıldı.
Görüşdə gündəlikdə olan cari və perspektiv işlər nəzərdən keçirilib, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdə həmçinin, Hüquq və İnsan Haqları İnstitutu ilə Beynəlxalq Miqrasiya Təşkilatının əməkdaşlıq sənədinin vaxtının uzadılması və sənədə yeni bəndlərin əlavə olunması müzakirə olunub.

Media Coverage

AQREQATOR
AZERTAC
SCIENCE
EDUPRESS