Xəbərlər
Local

BMqT nümayəndələri Ombudsmanın ofisində görüş keçirmişlər

BMqT nümayəndələri Ombudsmanın ofisində görüş keçirmişlər. Photo: IOM

BMqT nümayəndələri Ombudsmanın ofisində görüş keçirmişlər. Photo: IOM

BMqT nümayəndələri Ombudsmanın ofisində görüş keçirmişlər. Photo: IOM

Dekabrın 20-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Ombudsmanın ofisində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə yeni Müvəkkili Səbinə Əliyeva ilə görüşmüşdür.

Görüş zamanı Azərbycanda miqrantların hüquqlarının müdafiəsinə dair mövcud vəziyyət, son zamanlarda dünyadakı qlobal miqrant axını baxımından ölkədə genişlənən miqrasiya dinamikası, onun yeni xarakteri və xüsusiyyətləri, müvafiq sahədə mövcud olan qanunvericiliyin təkmilləşdirilməsi, habelə miqrantların hüquqlarının müdafiəsi, onların zorakılıq və istismara məruz qalmasının qarşısının alınması məqsədilə atıla biləcək addımlara dair fikir mübadiləsi aparıldı.

Tərəflər görüş zamanı qaldırılmış məsələlər üzrə qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını, eyni zamanda səsləndirilən təkliflərin gələcək əməkdaşlıq çərçivəsində nəzərə alına biləcəyini vurğulamışlar. Qarşılıqlı razılığa əsasən növbəti görüş 2020-ci ilin əvvəlinə planlaşdırdı.

Media Coverage

AZERTAC
Aqreqator
FinanceTime