-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMqT nümayəndələri və Niderlandın ölkəmizdəki səfiri Gəncə şəhərinə səfər etmişlər
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiev, Niderlandın ölkəmizdəki səfiri Onno Kerves Gəncə şəhərinə səfərləri zamanı şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov ilə görüş keçirmişlər. Görüş zamanı qonaqlar BMqT-nin Niderland səfirliyinin maliyyə dəstəyi ilə BMqT-nin həyata keçirdiyi "Azərbaycanda İnsan Alveri Qurbanlarına birbaşa yardım göstərilməsi və sığınacaq yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması vasitəsilə onların ehtiyaclarının həll edilməsi" layihəsi haqda ətraflı məlumat vermişlər.
Bu layihənin əsas məqsədi insan alveri qurbanlarının və insan alverinin potensial qurbanlarının təhlükəsiz və keyfiyyətli mühafizə imkanlarının artırılmasını təmin etməklə Azərbaycanda insan alveri qurbanlarının müdafiəsini yaxılaşdırmaqdır. Bununla bağlı paytaxtla yanaşı bölgələrdə də layihə çərçivəsində bir sıra tədbirlər keçirilir. Gəncədə fəaliyyət göstərən “Təmas” Regional İctimai Birliyi ilə birgə əməkdaşlıq etdiklərini bildirən qonaqlar bu istiqamətdə aparılan işdə öz dəstəyini əsirgəmədiyi üçün Niyazi Bayramova təşəkkürünü bildirdilər.
Qeyd edək ki, layihə çərçivəsində BMqT-nın Azərbaycan nümayəndəliyi Gəncə şəhərində “Təmas” Regional İnkişaf İctimai Birliyinə aid 20 nəfər insan alveri qurbanları və potensial zərərçəkənlər üçün "Əsas bizness bacarıqları" təlimi keçirmişdir. Təlimin ardından iştirakçılar öz biznes planlarını hazırlayaraq qiymətləndirilmək üçün təqdim etmişlər. Bundan sonra təlimi başa vuran iştirakçılara fərdi ehtiyaclara uyğun hazırlanmış qrantlar verilməsinə başlanılmışdır. Bu qrantlardan artıq yarlanaraq öz biznesləri üçün avadanlıqlar əldə edən bəzi benefisiarlarla görüşən qonaqlar onlara işlərində uğurlar arzuladılar.
Ümumilikdə BMqT-nin həyata keçirdiyi layihə birbaşa yardım göstərməklə və sığınacaqlarda yaşayış şəraitinin yaxşılaşdırılması vasitəsilə insan alveri qurbanlarının və insan alveri təhlükəsi altında olan şəxslərin müdafiəsini təkmilləşdirməklə insan alverinə qarşı mübarizə sahəsində Azərbaycan hökümətinə və vətəndaş cəmiyyətinə kömək etmək məqsədini daşıyır.
Media Coverage
Modern
AZERTAC
YeniGenje
TuranEli
VisionTV
FinanceTime
KepezİH
GanjaİH
Video