Xəbərlər
Local

BMqT tərəfindən təmir olunaraq avadalıqla təchiz edilmiş kompüter və rəqs otağı Balakən gənclərinin xidmətindədir

BMqT tərəfindən təmir olunaraq avadalıqla təchiz edilmiş kompüter və rəqs otağı Balakən gənclərinin xidmətindədir. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycan tərəfindən maliyyələşdirilən "Dayanıqlıq naminə İcitmai Fəaliyyət" layihəsi çərçivəsində ölkə ərazisindəki Gənclər Evlərini dəstəkləməkdə davam edir.

2019-cu ilin iyun ayından etibarən bu layihə çərçivəsində Balakən rayon Gənclər Evində kompüter və rəqs otaqları istifadəyə verilmişdir. Layihə çərçivəsində Kompüter otağı on beş nəfər üçün tədris prosesini təmin edən bir sıra İT avadanlıqları (kompüterlər, smart lövhə, proyektor və s.), Rəqs otağı da öz növbəsində lazımi avadanlıqlarla təchiz olunmuşdur. Hər iki otaq artıq Balakən gənclərinin istifadəsinə verilmişdir.

Ötən ilin sentyabr- dekabr ayları ərzində istifadəyə verilmiş bu iki otağın göstərdiyi xidmətlərdən ümumilikdə 154 nəfər faydalanmışdır. Xidmətlərdən faydalananların 114 nəfəri (74%) 15-35 yaş arası gənclər olmuşdur. Balakən Gənclər Evinin Rəqs salonu və İT otağından faydalananların ümumi sayı 2019-cu ilin iyul-dekabr ayları ərzində 398-ə çatmışdır.

BMqT tərəfindən 2018-ci il sentyabr ayından etibarən Azərbaycan Respublikası Hökuməti ilə sıx əməkdaşlıqda həyata keçirilən "Dayanıqlıq naminə İcitmai Fəaliyyət" layihəsinin məqsədi yerli icmaların qarşılaşdığı müxtəlif sosial-iqtisadi çətinliklərə qarşı dayanıqlılığını gücləndirməkdən ibarətdir.