-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri Diasporla İş üzrə Dövlət Komitəsində olublar
Oktyabrın 23-də BMqT-nin Cənub-Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Vyanadakı regional ofisinin direktoru Szabados Argentina, təşkilatın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.
Komitə sədri qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib və dünyada azərbaycanlıların yayılma coğrafiyası haqqında danışıb.
Argentina Szabados iki qurum arasındakı mövcud əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edərək, Dövlət Komitəsinin diaspor xəritəsinə verdiyi töhfəni və 2020-ci ildə Bakıda keçiriləcək Diaspor Forumunun reallaşması üçün gördüyü işləri vurğuladı. Xanım Szabados, BMqT, BMT Habitat və Diaspor Komitəsi arasında Cenevrədə dekabr ayında imzalanması planlaşdırılan Anlaşma Memorandumunun bu qurumların aralarındakı əməkdaşlığı keyfiyyətcə yeni bir səviyyəyə qaldıracağına əminliyini bildirdi.
Görüşdə diaspor və miqrasiya mövzusunda fikir mübadiləsi aparılıb, yerdəyişmə zamanı insanların inteqrasiyası və milli kimliyin qorunması məsələləri müzakirə olunub. Qonaqlar iki qurum arasında mövcud əməkdaşlığın perspektivləri barədə təkliflərini səsləndirib, birgə layihələrin reallaşdırılmasının əhəmiyyətini qeyd ediblər.