-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri Dövlət Sərhəd Xidmətində olublar
Oktyabrın 24-də BMqT-nin Cənub-Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Vyanadakı regional ofisinin direktoru Szabados Argentina, təşkilatın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Dövlət Sərhəd Xidmətinin rəisi, eneral-polkovnik Elçin Quliyevlə görüşüblər.
Qonaqları salamlayan Xidmət rəisi Dövlət Sərhəd Xidmətinin fəaliyyətində tətbiq olunan yeniliklər və həyata keçirilən layihələr, eləcə də DSX-nin əsas tərəfdaşlarından olan Beynəlxalq Miqrasiya Təşkilatı ilə mövcud faydalı əməkdaşlıqdan bəhs edib. Bildirib ki, DSX və BMqT arasında birgə əməkdaşlıq əlaqələri çərçivəsində bir çox mühüm əhəmiyyətli layihələr həyata keçirilir.
BMqT-nin regional direktoru xanım Argentina Sabadoş DSX ilə BMqT arasında əlaqələri yüksək qiymətləndirib. Birgə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Görüşdə, həmçinin mövcud əməkdaşlıq, eləcə də perspektivdə duran məsələlər ərtafında fikir mübadiləsi aparılıb.