-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri öz həmkarları ilə birgə BMT Gününü qeyd etdilər
Oktyabrın 24-də BMqT-nin Cənub-Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Vyanadakı regional ofisinin direktoru Szabados Argentina, təşkilatın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev BMT Günü münasibətilə BMT-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən ADA universitetində təşkil edilən tədbirdə iştirak etdilər.
BMT-nin Baş Assambleyasının prezidenti Ticcani Muhammad-Mande, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Hafiz Paşayev və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai tədbirin açılış hissəsində çıxış etdilər.
Hökumət, diplomatik missiyalar, vətəndaş cəmiyyəti, akademik dairələr və kütləvi informasiya vasitələrini təmsil edən 250-ə yaxın iştirakçının qatıldığı bu tədbirdə BMT ilə əməkdaşlıqdan bəhrələnmiş şəxslərin dəyişən həyatlarına həsr olunmuş təqdimatlar edildi.
Tədbirdə çıxış edən natiqlərdən biri Xaçmazda dərzilik fəaliyyəti ilə məşğul olan Aynur Ağabalayeva idi. O, təqdimatında dərzi işini qurmaq üçün Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Həssas İcmaların Dayanıqlığının Gücləndirilməsi" layihəsi çərçivəsində ona necə köməklik edildiyini və bu dəstəyin onun həyatını tamamilə dəyişdirdiyini qeyd etdi. "Həssas İcmaların Dayanıqlılığının Gücləndirilməsi" layihəsinin əsas istiqamətlərindən biri həssaslığı ilə seçilən əhali qruplarının sosial-iqtisadi rifahının artırılmasıdır.
24 oktyabr 1948-ci ildən etibarən BMT Günü kimi qeyd olunur. Bu gün BMT-nin nizamnaməsi qüvvəyə minib.