Xəbərlər
Local

İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş fəaliyyətlər davam edir

İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş fəaliyyətlər davam edir. Photo: IOM

İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş fəaliyyətlər davam edir. Photo: IOM

İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş fəaliyyətlər davam edir. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatının dəstəklədiyi İctimai Birliklər İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş fəaliyyətlərini davam etdirirlər.

Avqust ayının 1-də "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi Park Bulvarda təşkilatının nəzdində fəaliyyət göstərən qadın və uşaq sığınacağının balaca sakinlərinin əl işlərindən ibarət hərrac sərgi təşkil edib. Sərgidə Beynəlxalq Miqrasiya Təşkilatının ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “İnsan Alverinə qarşı Mübarizə” layihəsinin dəstəyi ilə “30 İyul- İnsan alverinə qarşı mübarizə günü”nə həsr edilən və uşaqlar tərəfindən onların hüquqlarını və gələcəyə baxışlarını əks etdirən rəsm və əl işlərindən ibarət xüsusi hazırlanmış eksponatlar nümayiş olundu.

Həyata keçirilən tədbir nəticəsində uşaq rəsmlərinin satışından toplanan vəsit Daxili İşlər Nazirliyinin İnsan alveri qurbanlarınna Kömək Fondunun hesabına köçürülüb.

30 İyul - İnsan alverinə qarşı mübarizə günü münasibətilə Təmas İB-nin əməkdaşları Gəncədəki Heydər Əliyev parkında şəhər sakinlərinə insan alverinə qarşı mübarizə mövzusunda 200-dən artıq broşur payladı.