-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Qayıdış və readmissiyanın idarə edilməsi üçün yeni istifadəçi bacarıqları
Qayıdış və readmissiya işlərinin idarə edilməsi məqsədilə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən hazırlanmış yeni rəqəmsal həll intuitiv interfeysə malikdir və Azərbaycan kontekstinə uyğunlaşdırmışdır. Məhz buna görə də, təlim və test sessiyaları zamanı elektron Readmissiya İşlərinin İdarə Edilməsi Sisteminin (RİİES) gələcək istifadəçiləri qısa bir müddətdə systemin tam funksionallığını araşdırmağa və sınaqdan keçirməyə başlayıblar. Bu məqsədlə BMqT-nin Azərbaycan nümayəndəliyi Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün 14 və 19 aprel 2022-ci il tarixlərində iki təlim sessiyası keçirdi.
BMqT-nin xidmət təminatçısı olan Technofusion MMC tərəfindən keçirilən iki təlim və test sessiyası RİİES -in gələcək istifadəçilərindən ibarət olan müxtəlif qrupların ehtiyaclarına uyğun təşkil edilmişdi: fərdi adi istifadəçi hesabı vasitəsilə readmissiya və tranzit işlərinə baxan qrup və əsas istifadəçi hesabları vasitəsilə iş axınının düzgün istiqaməti və sistemə giriş hüquqlarını tənzimləməsi məqsədilə sistemdə müxtəlif ayarları tənzimləyən qrup.
Təlim zamanı sistemin reaksiyasını yoxlamaq və nəticələri sistemin yaradıcıları və BMqT ilə paylaşmaq məqsədilə iştirakçılara RİİES-də sonradan tətbiq etməsi üçün test ssenariləri verilmişdir. Sistemin növbəti versiyaları üçün təlim iştirakçılarından toplanmış rəy və dəyişikliklərlə bağlı təkliflər mühüm əhəmiyyət daşıyacaq.
Təlimlərin gedişində gələcək istifadəçilər RİİES-də işləmək bacarıqlarını öyrənir, eyni zamanda, sistemin əməliyyatları işə düşdükdən sonra onun təhlükəsizlik və bütövlüyünü təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin İKT heyəti BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən alınaraq Xidmətin istifadəsinə verilmiş İKT avadanlıq və proqram təminatını testdən keçirmək imkanı qazanırlar.
Elektron Readmissiya İşlərinin İdarə Edilməsi Sistemi və müvafiq fəaliyyətlərin işə salınması Avropa İttifaqı tərəfindən EURCAP vasitəsilə maliyyələşdirilən “Azərbaycanda Readmissiya İdarəçiliyinin Gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Xarici İşlər Nazirliyi ilə birgə əməkdaşlıq şəraitində BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən icra edilir.
Media Coverage
TEZADLAR
NEWSCENTER
XEBERMEDIA
AZERTAC
NEZERMEDIA
UNNEWS